Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Belə ki, paytaxt sakini olan 88 yaşlı bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxlayaraq qızının yol-nəqliyyat hadisəsi törətdiyini daha sonra mənzilə gələn naməlum şəxsə 15 min manat verdiyi barədə polisə müraciət edib.
Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb.
L.Akimova, “Telegram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 79 yaşlı qadını aldadaraq 20 min manatını alan şəxslər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda narkotikin təsiri altında qadının çantasını ələ keçirib qaçan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













