Avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb
sizinxeber.az xəbər saytı

Avtomobillə 85 yaşlı qadını vurub qaçan sürücü saxlanılıb


Babək rayonunun Zeynəddin kəndində piyadanı avtomobil vurub.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, avtomobil Zeynəddin kənd sakini, 1939-cu il təvəllüdlü Almaz Məmmədovanı vurub və hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "QAZ 24-10" markalı avtomobilin sürücüsü Z.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Xəsarət alan A.Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Oxşar xəbərlər

Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər