Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti və üçqat dünya çempionu məhkəmədə özlərini təqsirli bilməyiblər
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Səbuhi Rəcəb və Elman Mirzəyev özlərini təqsirli bilməyib.
Məhkəmə oktyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.
Xatırladaq ki, keçən il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Tanınmış idmançılar məhkəmədə özlərini təqsirli bilməyiblər
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Nazim Bəydəmirliyə cəza istənilib
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
