Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib.
Lakin sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












