sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
8 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Bu barədə "Report"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
Oxşar xəbərlər
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr prospektindəki məhdudiyyət qismən aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edilib - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













