Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, “VAZ-2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ-2106”-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib.
Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
