Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
sizinxeber.az xəbər saytı

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb


Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

İran vətəndaşlarından narkotik əldə edərək satmaqada şübhəli bilinən qadın və kişi saxlanılıb
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
Narkotik satışına görə 3 nəfər saxlanılıb, 38 kq marixuana və tiryək götürülüb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər