Deputatlığa namizədin vəkili: Ölümlə təhdid edildim, daha sonra isə hücuma məruz qaldım
sizinxeber.az xəbər saytı

Deputatlığa namizədin vəkili: Ölümlə təhdid edildim, daha sonra isə hücuma məruz qaldım


Neftçalada deputatlığa namizədlərdən birinin vəkilinin zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

Bu barədə “Sizinxeber.az”un Aran bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb:

“Deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı Neftçala Rayon Polis Şöbəsinə daxil olan müraciətlə bağlı araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin olunub”.

Fiziki zorakılığa məruz qaldığını deyən 70 saylı Neftçala seçki dairəsində qeydə alınmış namizədlərdən birinin vəkili olan Hüseyn Qurbanov isə insidenti belə təsvir edib:

“Bu gün səhər 09-30 radələrində baş verən insidentdən sonra biri Azərbaycan, digəri isə Rusiya nömrəsi olmaqla, özlərini Vəfa Nağıyevanın qardaşları kimi təqdim edən şəxslər tərəfindən ölümlə təhdid edildim. Onlardan biri çox nalayiq ifadələr işlətdi.

Daha sonra mən 43 saylı Kol Qaraqaşlı seçki məntəqəsindən çıxdıqdan sonra avtomobillə qarşıma çıxdı və özünü maşının önünə atdı. Avtomobili saxlamasaydım, onu vurmuş olacaqdım.

Mən maşını saxladıqda, o, avtomobilin qapısını açaraq alın nahiyəmə yumruq atdı, daha sonra isə ayağımdan tutub aşağıya doğru çəkməyə çalışdı. Bu zaman şükürlər olsun ki, mən tam olaraq ayaqlarımın üstünə düşdüm və biz orada süpürləşməyə başladıq. Nəticədə qol nahiyəmdən və barmağımdan yaralandım. Yəni insident bu formada baş verib”.

Oxşar xəbərlər

Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb - YENİLƏNİB
Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edilib - EKSKLÜZİV
Münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinayət işi açılıb – YENİLƏNİB-2
Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı
Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər