DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət edib
Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.
"Report" xəbər verir ki, sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.
Onun müraciətinə müraciətinə yaxın günlərdə Xəzər rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya salınıb.
Telman Zahidovun 1 il çəkilməmiş cəzası qalıb.
Oxşar xəbərlər
Məhkəmə sabiq icra başçısı ilə tutulan şöbə müdirinin müraciətini təmin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
