Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
23:23
Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Bakıda ər arvadını qətlə yetirib
Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Bərdədə qardaşı arvadını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













