Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb.
"Report" xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğunun məlumatında deyilir.
Belə ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Siyəzəndə 28 yaşlı qadın qətlə yetirilib, qardaşı saxlanılıb
Göyçayda 26 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb - YENİLƏNİB
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
