Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib
sizinxeber.az xəbər saytı

Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə “Sizinxeber.az”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan 29 yaşlı gənc xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı bulvarı ərazisində gəzinti qayığı batıb, 6 nəfər xilas edilib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanda açıq dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dənizkənarı Bulvar ərazisindən bir nəfərin meyiti sudan çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər