Azad edilmiş ərazilərdə daha 152 mina, 6954 PHS aşkarlanıb
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə daha 152 mina, 6954 PHS aşkarlanıb


İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.08.2024 - 18.08.2024)açıqlanıb.

ANAMA-dan Sizinxeber.az-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 121 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 6954 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər