İrandan Azərbaycana 134 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DİN-dən "Sizinxeber.az"a verilən xəbərə görə, İmişli rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Samit Məmmədov və tanışı Hidayət Rəşidov saxlanılıblar. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsindən 134 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək və 1000 ədəd metadon həbi aşkarlanıb:
"Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər.
Araşdırmalarla Samit Məmmədov və Hidayet Rəşidovun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri sərhədyanı bölgələrdən paytaxta tədarükünü təşkil etməsi məlum olub".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotikin dövriyyəyəsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaçaqmalçılıqla ölkəyə gətirilən 134 kq narkotik tutulub, 2 nəfər həbs olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda əməliyyat: külli miqdarda narkotik aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












