Xankəndidən son bir həftə ərzində 38 avtomat, 69 qumbara aşkarlanıb
sizinxeber.az xəbər saytı

Xankəndidən son bir həftə ərzində 38 avtomat, 69 qumbara aşkarlanıb


Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

DİN-in mətbuat xidmətindən "Sizinxeber.az"a verilən xəbərə görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. "Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb"-deyə məlumatda deyilir.

Oxşar xəbərlər

Azad olunan ərazilərdə 1 həftədə aşkar olunan silah-sursatın sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: İşğaldan azad edilmiş ərazilərdən xeyli sayda silah-sursat aşkar edilərək götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi, Xocavənd, Füzuli və Xocalıda xeyli silah-sursat tapılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər