Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
"Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib"- deyə məlumatda bildirilir.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.
Bu barədə "Report"un Naxçıvan bürosu xəbər verir.
Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.
B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şərur sakini Şahbuzda minaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












