Yol polisi piyadalara çağırış etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2026
12:06
ff aaaaaaa

Yol polisi piyadalara çağırış etdi

28 apr, 2026
12:06
975

Yol polisi piyadalara çağırış etdi

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib.

Bu barədə Sizinxeber.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb.

“Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul