Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Gədəbəydə avtomobil qəzası nəticəsində xəsarət alanlar kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Sizinxeber.az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2009-cü il təvəllüdlü Elmir Eldar oğlu Qurbanov və 2005-ci il təvəllüdlü Eldəniz Məmməd oğlu Məmmədov ciddi xəsarətlər alıblar və xəstəxanaya yerləşdirilib.
"Hadisə yerinə Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır"-deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, qəzada xəsarət alan daha 2 nəfərə isə ambulator yardım göstərilib.
Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
