Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb


Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.

Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.

Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər