Astarada aliment üçün mövcud olmayan uşağa qanunsuz sənədlər düzəldilib, araşdırma aparılır
Mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməkdə şübhəli bilinən Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin əməlləri ilə bağlı araşdırma aparılıb.
Bu barədə "Report"a Astara Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, araşdırma zamanı həmin mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Astarada mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəldilib, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada qadının mövcud olmayan uşağa görə aliment aldığı ortaya çıxdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












