FHN-in Şimal Regional Mərkəzi təlim keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.
FHN-nin mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, təlimdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının xilasediciləri iştirak edib.
Təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili səviyyəsinin daha da yüksəldilməsi, xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən, habelə suda boğulma təhlükəsində olan zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
