Müğənni Rəqsanə İsmayılova həbs edilib
Müğənni Rəqsanə İsmayılova dələduzluq etdiyinə görə həbs edilib.
Sizinxeber.az xəbər verir ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya məlumatı təsdiqləyiblər.
Oxşar xəbərlər
Müğənni Rəqsanə 520 min dollarlıq dələduzluqda ittiham olunaraq həbs edilib
Dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirən sayt rəhbəri həbs edilib
Lənkəranda dələduzluq edən şəxs saxlanılıb
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Mingəçevirdə 165 min manatlıq dələduzluq edən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











