Mingəçevirdə 165 min manatlıq dələduzluq edən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

Mingəçevirdə 165 min manatlıq dələduzluq edən şəxs həbs edilib


Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58 yaşlı Rasim Həsənov saxlanılıb.

O, zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Oxşar xəbərlər

Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb
Sabirabadda 135 min manatı ələ keçirməkdə ittiham olunan şəxs həbs edilib
Mingəçevirdə vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadan şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Ev satmaq adı altında 40 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər