Bu il 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
sizinxeber.az xəbər saytı

Bu il 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb


Bu ilin yeddi ayında aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 335 kq 708,473 qramını marixuana, 229 kq 897,55 qramını heroin, 93 kq 162,747 qramını tiryək, 51 kq 263,838 qramını həşiş, 138 kq 937,107 qramını digər narkotik vasitələr və 100 kq 503,303 qramını psixotrop maddələr təşkil edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.

əmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 14808 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 797,6 hektar sahədən yaş kütləsi 254 ton 955 kq olan 2 469 164 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 949 kq 473,018 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

Oxşar xəbərlər

Üç ayda 58 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
DGK: Ötən il narkotik dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
Bu ilin dörd ayında 68 milyon manat dəyərində narkotik dövriyyədən çıxarılıb
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər