Yexlaxda evdə ata və azyaşlı əlil qızının meyiti tapılıb
sizinxeber.az xəbər saytı

Yexlaxda evdə ata və azyaşlı əlil qızının meyiti tapılıb


Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evində biri azyaşlı olmaqla iki nəfərin meyit aşkarlanıb.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, meyiti tapılan şəxslərin Məhəbbət Əvəz oğlu Zeynalov və onun birinci qrup əlil qızı olduğu müəyyənləşib.

İlkin məlumata görə, ata üç gün əvvəl intihar edib.

Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur.

Hər iki meyitin bu gün aşkarlandığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Qardabanidə ata və iki azyaşlı uşağının meyiti göldə tapılıb
Goranboyda 56 yaşlı kişi intihar edib
Lənkəranda evdə meyit tapılıb
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb
Xudatda 22 yaşlı qızın meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle