NİİM: 6 ayda moped və motosiklet sürücülərinin təqsirindən 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb - VİDEO
sizinxeber.az xəbər saytı

NİİM: 6 ayda moped və motosiklet sürücülərinin təqsirindən 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb - VİDEO


Bu ilin 6 ayı ərzində respublika yollarında moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 17 yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet, moped, skuter, veleosiped idarə edənlərə müraciətində deyilir.

Məlumata görə, paytaxt Bakıda qaydaların pozulması səbəbindən qeydə alınan 7 qəzada isə 9 nəfər xəsarət alıb.

Bildirilib ki, qəzalar ən çox aşağıdakı səbəblərən baş verib:

1. Svetoforun qırmızı işığında keçmək;
2. Hərəkəz zamanı ara məsafəsi saxlamamamaq;
3. Təhlükəli manevrlər etmək;
4. Yol nişanlarının tələblərinə diqqət yetirməmək;
5. Özləri və sərnişinləri qoruyucu dəbilqələrdən istifadə etməmək;
6. Nəqliyyat vasitələrini sürətlə idarə etmək.

"Nəticədə bu cür nəqliyyat vasitələrini idarə edən bəzi sürücülərin ciddiyə almadığı, bəzən yollarda onların irəli düşmək, bəzən də bilərəkdən qaydaları pozmaq istəyi, sadəcə qəza statistikası deyil, kimlərinsə valideynsiz və övladsız qalması ilə nəticələnən faciələrə səbəb olub. Bu faciələrin yaşanmaması üçün isə silsilə tədbirlərin davamı olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsi birgə ikitəkərli nəqliyyat sürücülərinə qaydalar izah olunub, onlarla maarifləndirci söhbətlər aparılıb", məlumatda deyilir.

Oxşar xəbərlər

Azərbaycanda bu ilin 11 ayında 46 motosiklet və moped qəzası olub, 16 nəfər ölüb
NİİM moped və motosiklet sürücülərinə müraciət edib
NİİM: Moped və motosiklet sürücülərinin bir çoxu piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayır
Bakıda moped piyadanı vurub - VİDEO
Bakıda moped piyadanı vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər