Svetoforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb olub
sizinxeber.az xəbər saytı

Svetoforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb olub


Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.

"Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır", məlumatda deyilir.

Oxşar xəbərlər

NİİM moped və motosiklet sürücülərinə müraciət edib
NİİM: Moped və motosiklet sürücülərinin bir çoxu piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayır
NİİM: Bəzi sürücülər svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar
Moped və motosiklet sürənlərə xüsusi XƏBƏRDARLIQ - VİDEO
NİİM: Bir çox qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsinə görə baş verir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər