Bülbülədə məsciddə qətl törədilib
sizinxeber.az xəbər saytı

Bülbülədə məsciddə qətl törədilib


Suraxanıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

Suraxanı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
Bakıda 61 yaşlı kişini qətlə yeriməkdə şübhəli bilinən şəxs tutulub
Hökməlidə 61 yaşlı kişini qətlə yeriməkdə şübhəli bilinən şəxs tutulub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər