Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Qaradağ rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Əliəkbər Səmədlinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən və vəkilinin çıxışından sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub - FOTO
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər