Balakəndə avtomobil piyadanı vuraraq öldürüb, daha sonra mağazaya çırpılıb - YENİLƏNİB
Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.
APA-nın xəbərinə görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
13.01
Balakəndə ağır yol qəzası baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.
İlkin məlumata görə, qəzada bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Balakəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, cinayət işi başlanılıb - YENİLƏNİB
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var
Qaxda avtomobil ağaca çırpılıb, körpə ölüb, 25 yaşlı qadın və azyaşlı övladı xəsarət alıb - FOTO
Şəkidə minik maşını ağaca çırpılıb, ölən var
Magistral yolda maşın dəmir dirəyə çırpılıb, sürücü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













