Balakəndə avtoqəzada ölən şəxsin kimliyi məlum olub, cinayət işi başlanılıb - YENİLƏNİB
Balakəndə baş verən qəzada ölən və xəsarət alanın kimliyi bəlli olub.
Bu barədə "Sizinxeber.az"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və başqa bir tikiliyə çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Balakəndə avtomobil piyadanı vuraraq öldürüb, daha sonra mağazaya çırpılıb - YENİLƏNİB
Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var
Şəkidə avtomobil ağaca çırpılıb, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
