Sumqayıtda 67 kq narkotik dövriyyədən çıxarılıb, iki nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda 67 kq narkotik dövriyyədən çıxarılıb, iki nəfər saxlanılıb


Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda 67 kq narkotik aşkarlanıb, 2 nəfər tutulub - VİDEO
Baş İdarə əməliyyat keçirib, 35 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
Abşeronda İran vətəndaşından 19 kiloqram narkotik əldə etməkdə təqsirləndirilən şəxs həbs olunub
DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle