Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
sizinxeber.az xəbər saytı

Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib


Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA xəbər verir ki, iş Ali Məhkəmədə hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin ilkin iclasının vaxtı təyin olunmayıb.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib, o, məhkəmə zalında həbs olunub.

Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Sabiq hakim məhkəmə zalında həbs olunub
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb
Sabiq hakim barəsində olan qərardan kassasiya şikayəti verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər