Sabiq hakim məhkəmə zalında həbs olunub
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun barəsində olan cinayət işi üzrə məhkəmə yekunlaşıb.
APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, sabiq hakim 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Dənizkənarı Bulvar İdarəsinin sabiq rəhbərinin həbs müddəti uzadılıb
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev həbs olunub
Səfərbərlik Xidmətinin baş zabitinə hökm oxunub
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
