Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb
sizinxeber.az xəbər saytı

Naxçıvanda kəlbəcərli məktəb direktoru avtoqəzada ölüb


Əslən Kəlbəcər rayonundan olan məktəb direktoru Naxçıvanda avtoqəzada ölüb.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, hadisə Orduabd rayonunun Nürgüt kəndində baş verib.

Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökümə Əliyevanın bibisi oğludur.

Oxşar xəbərlər

Naxçıvanda məktəb direktoru avtoqəzada ölüb
Naxçıvanda məktəb direktoru yük avtomobilinin altında qalaraq ölüb
Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub
Naxçıvanda maşın piyadanı vuraraq öldürüb
İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle