QMİ rəsmisi: Azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb
sizinxeber.az xəbər saytı

QMİ rəsmisi: Azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb


Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan isti hava səbəbindən halı pisləşən olmayıb.

Bu barədə “Report”a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

“Ərəfat günü bitdi. Hər şey yüksək səviyyədə oldu. Bu gün artıq Qurban bayramıdır. Gecə zəvvarları Ərəfatdan Müzdəlifəyə gətirdik. Oradan isə Minaya gətirdik. Hazırda Minada yerləşiblər, şeytangaha üz tutacaqlar. Oradan isə qayıdıb qurbangahda qurban kəsəcəklər”, – o söyləyib.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

Azərbaycanda 6-7 iyun Qurban Bayramı günləri qeyri-iş günü elan edilib.

Oxşar xəbərlər

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar
Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle