Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb


Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri "Report"un sorğusuna cavab olaraq deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Oxşar xəbərlər

Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadılıb
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarəti 5 950 dollar təşkil edəcək
Azərbaycanlı zəvvarların builki Həcc ziyarətinin xərcləri 5 950 dollar təşkil edəcək
Sabahdan Azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər