Əl-Cərvan: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməlidir
Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd Məhəmməd Əl-Cərvan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarını gələcək fəlakətlərin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməyə çağırıb.
“Report” xəbər verir ki, o, bu barədə Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə panel müzakirəsi zamanı deyib.
"Planetimiz sülh və sabitliyin təməllərini sarsıdan təhdidlərlə üzləşir. Biz yubanmadan hərəkət etməli, bütün maraqlı tərəfləri birliyə çağırmalıyıq. Təcavüz və zorakılıq aktları bizim sülh uğrunda mübarizədə birləşməyimizi tələb edir. Əməkdaşlığa çağırırıq: dini liderlərin sözləri bir olanda, onlar tolerantlıq və qarşılıqlı anlaşma əsasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilərlər", - o bildirib.
Əl-Cərvan, həmçinin vurğulayıb ki, Bakı sammiti iqlim dəyişikliyi ilə mübarizədə həlledici addımların necə atılmalı olduğuna nümunədir.
"Bugünkü tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığımı bildirir, ölkə hökumətinə qarşıdan gələn COP29 iqlim konfransında uğurlar arzulayıram", - o əlavə edib.
Oxşar xəbərlər
Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moratinos: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tolerantlıq və Sülh uğrunda Qlobal Şuranın sədri: Yer kürəsində sülhü bərqərar etmək istiqamətində addımlar atmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












