Dini vəzifələr üzrə müsahibəyə 230 namizəd müraciət edib
sizinxeber.az xəbər saytı

Dini vəzifələr üzrə müsahibəyə 230 namizəd müraciət edib


İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması məqsədilə imam, imam müavini, dini ayinlərin icraçısı və qadın dini ayinlərin icraçısı vəzifələri üzrə elan edilmiş müsahibəyə 230 namizəd müraciət edib.

Bu barədə "Sizinxeber.az"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlər ümumilikdə 61 vakant yer üzrə olub.

Müraciət edənlərdən 166-sı kişi, 64-ü qadındır. Onlardan 127-si ali təhsilli, 103-ü orta təhsilli, 17-si isə İlahiyyat İnstitutunun məzunlarıdır.

Oxşar xəbərlər

Məscidlərə imam, imam müavini və qadın dini ayinlərin icraçısı axtarılır
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər