Mirtağı Əsədov: Naxçıvana səfərimiz və konfranslar milli-mənəvi birliyimizi gücləndirir
Bizim üçün çox xoşdur ki, "Zəngəzur yolu – tarixin izi ilə" adlı konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişik və bu çərçivədə Naxçıvana gəlmişik.
Bu sözləri "Report"un yerli bürosuna müsahibəsində Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov deyib.
O, qeyd edib ki, bu, Naxçıvana ilk səfəridir: "Həm bu gözəl diyarı görmək, həm də xaqımızı daha yaxından tanımaq baxımından səfər mənim üçün çox əhəmiyyətlidir. Belə konfrans və tədbirlərin təşkili həm bizim üçün, həm də dünyada yaşayan azərbaycandilli, türkdilli müsəlmanlar üçün çox faydalı və vacibdir".
M.Əsədovun sözlərinə görə, bu cür tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına, bir-birimizi daha yaxından tanımağa və ortaq problemləri müzakirə edərək onların həlli istiqamətində gələcək addımların müəyyənləşdirilməsinə kömək edir: "Bu cür tədbirlərin davamlı olması əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Belə görüşlər nə qədər çox təşkil olunsa, Azərbaycanın hər bölgəsində keçirilsə, bir o qədər faydalı olar. İki dəfə işğaldan azad edilmiş ərazilərdə olmuşam. Bu səfərlər mənim üçün çox qürurverici və duyğusal anlarla yadda qalıb.
Bir zamanlar torpaqlarımızın işğal altında olması bizim üçün ağır idi. Şükür ki, bu çətin dövrü arxada qoyduq. Bu gün Azərbaycanın ərazi bütövlüyünü görmək və onu bütöv şəkildə ziyarət etmək hər birimiz üçün böyük sevincdir".
Oxşar xəbərlər
Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək
Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır
Türkiyə və Gürcüstan din xadimlərinin Naxçıvana səfəri başlayıb - FOTOLENT
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
