Kəmaləddin Heydərov general Rəfail Mehdiyevi vəzifəsindən AZAD ETDİ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
22:14

Kəmaləddin Heydərov general Rəfail Mehdiyevi vəzifəsindən AZAD ETDİ

29 may, 2025
22:14
427

Kəmaləddin Heydərov general Rəfail Mehdiyevi vəzifəsindən AZAD ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib.

Sizinxəbər.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyevin nazirlikdəki fəaliyyətinə xitam verilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən Xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında isə Xidmət rəisi əvəzi təyin olunmuşdu.

Xatırladaq ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də məlumat yayılmışdı.


Bizimlə əlaqə saxlayın