Azərbaycanda arvadını işləməyə qoymayan kişi maaşının bir hissəsindən məhrum oluna bilər
"Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqısının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər".
Sizinxəbər.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:
"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqısının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".
Oxşar xəbərlər
Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR – İki yerdən pul ala biləcəklər
Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası avtomatik dayandırılacaq
BMT dayanıqlı iqlim sazişinə nail olmaq üçün birgə fəaliyyətə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
