Bakıda 8, bəzi dağlıq ərazilərdə 25 dərəcə şaxta olacaq - 25.02.2025
Ölkə ərazisində fevralın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-65% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
Oxşar xəbərlər
Milli Hidrometrologiya Xidməti xəbərdarlıq yaydı
Sabah Azərbaycanda hava yağmursuz olacaq
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah Bakıda hava yağmursuz olacaq
Avqustun 18-də gözlənilən hava şəraiti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













