Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacağam
Qardaşımın kədərli xəbərini aldıq. Bu gün bizə məlumat verildi ki, onun şəxsiyyəti müəyyənləşdirilib. Cəsədinin gətirilməsini gözləyirik. Onu itirmək bizim üçün çox ağırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ötən gün Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan 34 yaşlı Anar Babayevin qardaşı Höccət Babayev jurnalistlərə açıqlamasında söyləyib.
H.Babayev qeyd edib ki, qardaşı Anar 23 ilə yaxındır işi ilə əlaqədar Qroznıya gedib-gəlirdi: “O, tez-tez Qroznıya gedirdi. Bu dəfə də işi ilə bağlı getmişdi. Onunla əlaqə saxladım, danışdım. Hər şey yaxşı idi. Amma təəssüf ki, bu, mənim qardaşımla sonuncu danışığımız oldu”.
Höccət Babayev dərin hüznlə qardaşının nəşinin Vətənə gətirilməsini gözlədiyini ifadə edərək digər həlak olan insanların da ailələrinə səbir diləyib.
Oxşar xəbərlər
Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Təyyarə qəzasında həlak olduğu ehtimal edilən Hökümənin atası: Zəng edib dedilər ki, başınız sağ olsun!
Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
