İstilik təchizatı xidmətləri ilə bağlı tariflərə yenidən baxılsın - TƏKLİF
Azərbaycanda istilik təchizatı xidmətləri ilə bağlı tariflərə yenidən baxılması təklif olunur.
Sizinxeber.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə yer alıb.
Sənəddə istilik təchizatı xidmətləri ilə bağlı tariflərin istehlakçının mənzilinin ümumi sahəsinə görə deyil, faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli, 303 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"nın 9.5.1-ci bəndinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Sözügedən bənddə vurğulanır ki, istilik təchizatı xidmətləri ilə bağlı - istehlakçının mənzilinin ümumi sahəsinə görə bu Qaydaların 9.1-ci bəndində (müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir) dəyişiklik edilsin.
Oxşar xəbərlər
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb
MM “İstilik təchizatı haqqında” qanun layihəsini I oxunuşda müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
