Azərbaycanda duru bitki yağı və marqarin ehtiyatı azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda duru bitki yağı və marqarin ehtiyatı azalıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 025,4 ton duru bitki yağları istehsal edilib.

“Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 16 min 375,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur.

Mayın 1-nə ölkədə 3 min 342,2 ton duru bitki yağı, 2 min 547,2 ton isə marqarin ehtiyatı yaranıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,5 % və 37,8 % azdır.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kolbasa ehtiyatı 16 % azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda meyvə şirəsi istehsalı cüzi azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər