Mingəçevir Sənaye Parkından 9 ayda 33,3 milyon manatlıq məhsul ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında 40,7 milyon manatlıq məhsul istehsal edilib, bunun 33,3 milyon manatlıq hissəsi ixrac edilib.
“Report” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə indiyə qədər Parkda 313 milyon manatlıq məhsul istehsal edilib, bunun da 267 milyon manatlıq hissəsi “Made In Azerbaijan” brendi Türkiyə, Rusiya və s. ölkələrə ixrac edilib.
26 hektar ərazini əhatə edən Parkın əsas fəaliyyət istiqamətləri tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Burada Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.
İndiyə qədər Parka 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.
Oxşar xəbərlər
Pirallahı Sənaye Parkından indiyə qədər 53 milyon manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neftçala Sənaye Məhəlləsinə investisiya qoyuluşu 46 milyon manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












