

MDM ABB-nin dividend ödənişini yekunlaşdırıb
Milli Depozit Mərkəzi (MDM) ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada səhmlər üzrə dividend ödənişlərini həyata keçirib.
"Sizinxeber.az-Economics" bu barədə MDM-ə istinadən xəbər verir.
Bildirilib ki, ilk dəfə mərkəzləşdirilmiş qaydada ABB-nin 2024-cü il üzrə dividend ödənişlərini həyata keçirib.
ABB-nin 6 may 2025-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunan bütün səhmdarlarına malik olduqları səhm sayına uyğun olaraq dividend köçürülüb.
Bu çərçivədə ABB səhmdarlarına ümumilikdə 200 milyon manat məbləğində dividend ödənilib. Səhmlərin nəzarət zərfi dövlətə məxsus olduğundan ödənişlərin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə 30,000-dən çox fərdi və institusional səhmdara yönəldilib.
Bu səhmdarların hüquq və maraqlarının qorunması, ödəniş proseslərinin şəffaf və səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
ABB səhmdarlarına dividend ödəyəcək
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Azərbaycan bankları ötən il 600 mln. manatdan çox dividend ödəyib
"Rabitəbank” səhmdarlarına dividend ödəyəcək
ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sürət qatarı piyadanı vurub
-
Dünya çempionatı: Bosniya və Herseqovina - Qazaxıstan matçında qalib müəyyənləşməyib
-
Gürcüstan Bakıda keçirilən dünya çempionatında Argentinanı məğlub edib
-
"Fənərbağça" və "Qalatasaray"ın sabiq futbolçusu: "Bakı dünya çempionatına çox gözəl hazırlaşıb"
-
Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azalıb
-
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
