XİN başçısının müavini BMT-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib
sizinxeber.az xəbər saytı

XİN başçısının müavini BMT-nin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 may 2025-ci il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə Panama şəhərində keçirilən İqlim Həftəsində, bu çərçivədə baş tutan mandatlı tədbirlərdə və yüksək səviyyəli plenar iclasda iştirak edib.

Bu barədə “Sizinxeber.az”a Xarici İşlər Nazirliyindən bildirilib.

21 may 2025-ci il tarixində baş tutan yüksək səviyyəli plenar iclasda Y.Rəfiyev çıxış edərək, Azərbaycanın COP29 sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın sədrliyi ilə COP29-da qəbul edilən tarixi qərarların, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları həcmində maliyyənin səfərbər edilməsini nəzərdə tutan Bakı Maliyyə Məqsədinin və Paris Sazişinin karbon bazarları ilə bağlı 6-cı maddəsinin 10 il davam edən nəticəsiz danışıqlardan sonra Bakıda Azərbaycanın sədrliyi altında razılaşdırılmasının əhəmiyyətini vurğulanıb.

Səfər çərçivəsində Y.Rəfiyev başçılıq etdiyi nümayəndə heyəti UNFCCC Katibliyinin icraçı direktoru Simon Stiell, icraçı direktorun müavini Noura Hamladji və Braziliyanın COP30 Baş İcraçı Direktoru Ana Toni və Baş danışıqçısı Lilian Çagas ilə ikitərəfli və Katibliyin iştirakı ilə üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29-da əldə etdiyi nailiyyətlər, bu istiqamətdəki fəaliyyəti və təcrübəsi, iqlim dəyişmələri ilə mübarizə konteksində COP29-da qəbul edilmiş qərarların icrasının əhəmiyyəti, UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında keçiriləcək 62-ci sessiyası və COP30-da aparılacaq iqlim danışıqlarının mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Nazir müavini: 2025-ci ilə qədər NDC-nin işlənilməsinə fəal kömək etmək niyyətindəyik
Braziliyada Azərbaycanın COP29 gündəliyi çərçivəsində təşəbbüslərindən danışılıb
COP29 Paris Sazişinin iki maddəsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle