

Naxçıvan Hava Limanında fövqəladə hallara hazırlıq üzrə təlim keçirilib
Hava Limanında fövqəladə hallara hazırlıq üzrə genişmiqyaslı təlim
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Beynəlxalq Hava Limanı “Qəza-xilasetmə komandalarının fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə FHN-in müvafiq bölmələri ilə koordinasiyasının təkmilləşdirilməsi” mövzusunda birgə təlim keçirib.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil edilib.
Təlimdə Naxçıvan Beynəlxalq Hava Limanının xüsusi avadanlıqlarla təchiz olunmuş yanğınsöndürmə və xilasetmə heyətləri, tibbi personalı və Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri, eləcə də Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.
Təlim planına uyğun olaraq, əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Daha sonra aviasiya qəzası şəraitində yaranmış fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması, sərnişin terminallarında, aeronaviqasiya qülləsində və yanacaq-sürtgü materialları anbarında yanğınların söndürülməsi, sərnişinlərin hava gəmisindən təhlükəsiz təxliyəsi və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə mərhələli əməliyyatlar icra olunub.
Simulyasiya edilmiş əməliyyatlar zamanı bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.
Təlim fövqəladə hallara hazırlığın və əlaqələndirilmiş fəaliyyətin real sınağı olmaqla yanaşı, iştirakçı qurumlar arasında əməliyyat alqoritmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verib.
Oxşar xəbərlər
Nахçıvаn Bеynəlхаlq Hаvа Limаnında xüsusi təlim keçirilib
FHN və AZAL Qəbələ aeroportunda təlim keçirib - VİDEO
Aeroportda yanğın təhlükəsizliyi üzrə təlim keçirilib - VİDEO
Naxçıvan Modul Elektrik Stansiyasında seminar-müşavirə və təlim keçirilib - FOTO
FHN hava limanlarında təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
